Unibank Premyer Liqası / Xəbərlər
“Bakı” hər iki oyunda qələbə qazanıb, avrokuboklarla vidalaşdı
23/07/2010
Bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha bir təmsilçimiz – “Bakı” da növbəti oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Vinfrid Şeferin çalışdırdığı paytaxt klubu “Qarabağ”dan fərqli səfərdə çıxış edirdi. Bakıdakı ilk oyunda əzmkar qələbə qazanan təmsilçimiz cavab oyunu ərəfəsində çox pis duruma düşmüşdü. Məsələ buasındadır ki, cavab oyunundan bir neçə saat öncə məlum səbəblərdən UEFA Bakıdakı oyunun nəticəsini ləğv edərək, “zolaqlılar”ı 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırmışdı. Belədə komandamız "Buduçnost"u 3 top fərqi ilə yenmək məcburiyyətində qalmışdı. Çernoqoriyanın Podqoritsa şəhərindəki «Pod Qoritsom» stadionunda keçirilən oyuna daha fəal başlayan təmsilçimiz ilk yarıda iki qol vurmaqla, azalan ümidləri xeyli artırsa da, bundan artığına gücü çatmadı. İkinci hissədə də üstün oyun sərgiləyən bakılılar yalnız Brnoviçin gözlənilməz qolundan sonra ruhdan düşdülər. Halbuki, istənilən halda daha iki qol vurmağa borclu olan futbolçularımız bunu həyata keçirməyə borclu idilər. Gəl ki, müdafiədə səhvsiz oynayan meydan sahibləri komandamızın növbəti mərhələyə yüksəlməsinə imkan vermədilər.
Istinad: Qol.az


