Unibank Premyer Liqası / Xəbərlər
Jabanın son dəqiqə qolu "Bakı"ya qələbə qazandırdı
15/07/2010
UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan Azərbaycan kubokunun qalibi paytaxtın "Bakı" klubu yarışda ilk oyununu keçirib. Çernoqoriyanın "Buduçnost" klubu ilə qarşılaşan baş məşqçi Vinfrid Şeferin yetirmələri ilk hissəsini məğlub başa vurduqları oyunun taleyini ikinci hissədə öz xeyrinə dəyişə bildi. Klubun yeni transferi Saşa Kaykutun 77-ci dəqiqədə vurduğu bərabərlik qoluna sevinən "Bakı" oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Jabanın cərimə zərbəsindən vurduğu qolla rəqibi üzərində 2:1 hesablı qələbə qazandı.
Qeyd edək ki, "Bakı" və "Buduçnost" klubları arasında cavab qarşılaşması iyulun 22-də Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərində keçiriləcək.
Istinad:PFL.az


