Unibank Premyer Liqası / Xəbərlər
"Neftçi" İqor Mitreskini transfer etdi
08/07/2010
"Neftçi" klubunun mətbuat xidmətindən verilən məlumata görə, paytaxt təmsilçisi Makedoniya milli komandasının kapitanı İqor Mitreskini heyətinə cəlb edib. 31 yaşlı müdafiəçi "Neftçi" klubu ilə iki illik müqavilə imzalayıb. Qeyd edək ki, Mitreski son mövsüm Bolqarıstanın CSKA (Sofiya) klubunun şərəfini qoruyub.
Istinad:PFL.az


