Unibank Premyer Liqası / Xəbərlər
"Qarabağ" növbəti mərhələyə vəsiqəni təmin etdi
22/07/2010
UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" klubu II təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanın "Portadaun" klubuna qarşı cavab oyununu keçirib. Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi Bakıda keçirilən oyunda 1:1 hesablı heç-heçəyə nail olub. Oyunun 70-ci dəqiqəsində Kevin Braniffin vurduğu qolla hesabda geri düşən baş məşqçi Qurban Qurbanovun yetirmələri 83-cü dəqiqədə hesabı bərabərləşdirməyə nail oldular. Bu mövsüm Avropa Liqasında "Qarabağ"ın ən sərrast futbolçusu olan Əfran İsmayılov komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi oldu. Qeyd edək ki, bu Ə.İsmayılovun cari mövsümdə avrokuboklarda vurduğu 4-cü qoldur.
UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ" klubu "Visla" (Polşa) - "Şaulyay" (Litva) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" bu mərhələnin ilk oyununu iyulun 29-da səfərdə, cavab qarşılaşmasını isə avqustun 5-də Bakıda keçirəcək.
Istinad:Pfl.az


