Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" sabah "Terek"lə qarşılaşacaq

22/06/2010

Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu sabah növbəti yoxlama oyununu keçirəcək. "Qarabağ"ın bu dəfəki rəqibi Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubudur. Xatırladaq ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri ilk yoxlama oyununda "Qızılcahamam Belediyyespor" klubunu 8:0 hesabı ilə məğlub etmişdilər.

UEFA Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ" Makedoniyanın "Metalurq" klubuna qarşı ilk oyunu Bakıda keçirəcəyindən iyunun 24-də Azərbaycana qayıdacaq və hazırlıqları paytaxtda davam etdirəcək.

Istinad:PFL.az

Şərhlər

 Peşəkar Futbol Liqası Bakı FK İnter FK Karvan FK Muğan FK Neftçi FK Olimpik-Şüvəlan Qarabağ FK Qəbələ FK Simurq FK Standard FK Turan FK Xəzər-Lənkəran FK